Əsas məzmuna keç

Ceyranbatanda mənzil yanğını söndürülüb

Ceyranbatanda onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə yanğın baş verib.

Tezadlar.az x.b.r verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bina sakinləri təxliyə olunub, xəsarət alan olmayıb.

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində mənzil yanır.

Tezadlar.az xəbər verir ki, hadisə qəsəbədə yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən birində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…