Əsas məzmuna keç

CİNAYƏT TÖRƏDİB ARADAN ÇIXDILAR, AMMA…

Onlara elə gəlirdi ki, cinayət törədib gizlənsələr, heç kim onları tapa bilməyəcək…

Amma elə olmadı. Belə ki, bu il avqust ayı ərzində cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 311 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Bu barədə “Təzadlar”a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkədən çıxışı qadağan olunan 655 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 13 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.

Beləliklə, çalışmaq lazımdır ki, həmişə cinayətdən uzaq durasan! Əks halda, oxşar taleyi yaşamağa məhkum ola bilərsən…

Elşad 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…