14 Noyabr 2025 / 11:13

ÇIÇƏKDƏN ÖMRƏ – TANRIDAN HƏYATA

ÇIÇƏKDƏN ÖMRƏ – TANRIDAN HƏYATA
Vahid Əziz – 80
Ömrün gülşənində gəzən arıyam.
Çiçək anlayanam, gül tanıyanam.
Mən uca Tanrının kərgüzarıyam.
Həyat – tamaşadır, gəlmişəm baxam…
…Bəzi çiçəklər var ki, yalnız göz oxşamaz, ruhu da silkələyər. İnsan ömrü də bəzən elə bir çiçəyə bənzər: zərif, ötəri, amma dərin mənalı.
Vahid Əzizin misralarında insanın kainatdakı mövqeyi, Tanrı ilə bağlılığı və həyatın ilahi mənşəyi poetik dillə açılır. O, özünü arı obrazında təqdim edir: həm fəal toplayıcı, həm də gözəlliyi dərk edən bir ruh.
Bu, passiv müşahidəçi deyil – həyatın içində yol alan, ruhi səyyahdir. “Çiçək anlayanam, gül tanıyanam” – burada həyatın zərifliklərinə biganə qalmayan, duyğulu və dərin baxışlı bir qəlb var. O, gülü sadəcə görmür, onun dilini, ruhunu duyur və hiss edir.
Xalq şairi Vahid Əziz özünü “Tanrının kərgüzarı” adlandırır – dünyaya yalnız yaşamaq üçün yox, nəyisə anlamaq, ötürmək və təcəssüm etdirmək üçün gəlmiş bir ruh kimi baxır.
Həyat onun üçün bir səhnədir, amma o, səhnəyə bir tamaşaçı kimi yox, daxili baxışla, mənanı axtaran bir ruhla çıxır.
İnsan nə torpaqla tam bağlıdır, nə də göydən ayrıdır – o, ikisi arasında bir körpüdür. Bu körpüdən keçərkən çiçəkləri anlayır, gülü tanıyır və həyatın ilahi tamaşasında öz yerini hiss edir.
Vidadi Orucov,
şair
(Xüsusi olaraq “Təzadlar” üçün)
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!