28 Aprel 2025 / 11:41

Çin ABŞ-ı Tayvanın siyasi ambisiyalarını dəstəkləməkdə ittiham edir

ABŞ Tayvanın siyasi ambisiyalarına dəstəyi artırır.

Tezadlar.az xəbər verir ki, bu barədə ÇXR-in BMT-dəki daimi nümayəndəsi Çen Syu məlumat verib.

“Düzünü desəm, biz Tayvanla bağlı məsələlərdə ehtiyatlı olmalıyıq”, – “RİA Novosti” ÇXR-in BMT-dəki daimi nümayəndəsinin sözlərindən sitat gətirir.

Çen Syu ABŞ-ın Tayvana qarşı siyasətinin dəyişməsindən narahatlığını ifadə edərək, bunun Dövlət Departamentinin saytından “Biz Tayvanın müstəqilliyini dəstəkləmirik” ifadəsinin çıxarılması ilə bağlı olduğunu qeyd edib.

Eyni zamanda, ABŞ Tayvanın beynəlxalq təşkilatlarda “mənalı iştirakına” vurğunu artırıb və daimi nümayəndənin sözlərinə görə, bu, adanın siyasi ambisiyalarını gücləndirir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!