CNN: Putin Ağ Evdə hamıdan üstün oldu

Oxunma sayı: 117

CNN jurnalisti Kristian Amanpur ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasındakı münaqişəyə kəskin reaksiya verib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Jurnalistlər mətbuat konfransı zamanı liderlərin əlbəyaxa davaya girdiyini müşahidə ediblər. Onların davranışı veteran britaniyalı jurnalist 67 yaşlı Amanpuru qəzəbləndirib.

Aparıcı Dana Baş və Ağ Ev müxbiri Caitlan Collins ilə söhbətində o, siyasətçilərin davranışını tənqid edib.

“Müasir diplomatiya, müharibə, sülh, nə olursa-olsun, mən heç vaxt belə bir şey görməmişəm”, – deyə Amanpur vurğulayıb.

Jurnalist ümid etdiyini bildirib ki, azad dünyanın təhlükəsizliyi naminə, Amerika xalqı, Avropa xalqı, Ukrayna xalqı naminə Tramp və Zelenski nəfəs alacaq və fikir ayrılıqlarını yumşaltmağa çalışacaqlar.

“Bundan sonra nə olacağını anlamaq mümkün deyil. Bundan faydalanan yeganə şəxs prezident Putindir”, – Amanpur qeyd edib.

Məqalə müəllifi qeyd edib ki, Tramp və Zelenski arasındakı qalmaqal indiyədək Oval kabinetdə açıq şəkildə baş verən hər hansı bir hadisəyə bənzəmir.

ELBAR

 

Xəbəri paylaş

22 Aprel