Sarıyerin Ayazağa məhəlləsindəki studiyada qalmış müğənni Murat Boz və aktrisa Demet Özdemir Sahil Mühafizəsi qrupları tərəfindən xilas edilib.
Tezadlar.az xəbər verir ki, dünən İstanbulda baş verən güclü yağışlar, şəhərin bütün həyatına o cümlədən Sarıyerin Ayazağa şəhərindəki Phoenix Studios-nun fəaliyyətinə mənfi təsir göstərib. Suyun səviyyəsi təxminən iki metrə çatıb və elektrik kəsilib. Müğənni Murat Boz və aktrisa Demet Özdemir də daxil olmaqla 200-dən çox insan studiyada qalıb.
Özdemirin kömək çağırışından sonra AFAD, UMKE, yanğınsöndürmə idarəsi, Sahil Mühafizəsi, SAK və AKUT qrupları intensiv əməliyyata başlayıb. Qruplar Murat Boz və Demet Özdemirin qayıqla qaldığı binaya çatıblar və təxliyə işlərinə başlayıblar. Qruplar Boz və Özdemiri su basmış ərazidən uğurla təxliyə ediblər.
ELBAR







