Əsas məzmuna keç

DCO Azərbaycan startaplarına dəstək imkanlarını araşdırmağa hazırdır

Rəqəmsal Əməkdaşlıq Təşkilatı (DCO) beynəlxalq investisiyaların cəlb edilməsi və təşkilata üzv dövlətlərin bazarlarına çıxış daxil olmaqla, Azərbaycan startaplarını dəstəkləmək üçün xüsusi mexanizmlərin işə salınması imkanlarını öyrənməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, DCO-nun baş katibi Dima Əl-Yahya bildirib.

“İnnovatorların investisiyalara və yeni bazarlara çıxış əldə etməsinə dəstək olmaq artıq işimizin mühüm hissəsidir”, – o qeyd edib.

Baş katibin sözlərinə görə, DCO üzv dövlətlərdə startaplar və texnoloji şirkətlər üçün imkanlar yaradan bir sıra təşəbbüslər həyata keçirir: “O, xüsusilə hər bir ölkənin iqtisadiyyatına, investisiya mühitinə və milli prioritetlərinə uyğunlaşdırılan “Digital FDI Initiative” təşəbbüsünü vurğulayıb”.

Əl-Yahya bildirib ki, belə bir yanaşma artıq Pakistanda öz potensialını nümayiş etdirib: “Belə ki, Pakistanda “Digital FDI” çərçivəsindəki işimiz 700 milyon dollardan çox məbləğdə investisiya imkanları portfelinin formalaşmasına kömək edib. Eyni zamanda, yerli şirkətlər ilə beynəlxalq investorlar arasında əlaqələrin qurulması və ümumilikdə investisiya mühitinin gücləndirilməsi üçün praktiki tədbirləri müəyyən edib.

Azərbaycanla bağlı isə bu imkanların ölkənin startaplarını ən yaxşı şəkildə necə dəstəkləyə biləcəyini – beynəlxalq investisiyaların cəlb edilməsi və investorlarla əlaqələrin qurulmasından tutmuş DCO-ya üzv dövlətlərin bazarlarına çıxışa qədər öyrənə bilərik”.

O vurğulayıb ki, konkret dəstək modeli sahibkarların ehtiyacları və hökumətin prioritetləri nəzərə alınmaqla Azərbaycanla birlikdə işlənib hazırlanmalıdır: “Məqsədimiz azərbaycanlı innovatorların bizneslərini ölkə hüdudlarından kənarda genişləndirmək üçün lazım olan kapitala, tərəfdaşlıqlara və bazarlara çıxış əldə etməsinə töhfə verməkdir”.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…