18 Mart 2026 / 12:40

Deputat Kürdəmirdəki seçiciləri ilə görüşüb – FOTOLAR

Kürdəmir şəhərində məskunlaşmış keçmiş məcburi köçkünlər ilə görüşüb qayğılarını dinlədik. Bu yaşayış məntəqəmizdə məskunlaşan keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz ata-baba yurdlarına qayıdırlar.
Bu barədə iqtisadçı – deputat Vüqar Bayramov sosial media hesabında məlumat verib.
O, vurğulayıb ki, görüşdə iştirak edən məcburi köçkünlər də səbirsizliklə öz doğma torpaqlarına qayıtmaqlarını gözləyirlər.
Deputat müraciətlərin daha çoxunun əlillik dərəcəsinin alınması, məşğulluq, iş yerini dəyişmək, mənzil təminatı, səhiyyə xidməti, sosial təminat və digər mövzularda olduğunu qeyd edib:
“Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.  Məhsuldar fəaliyyəti ilə bu bölgəmizdə peşə təhsilinin yenidən canlanmasına nail olan Kürdəmir Peşə Liseyinin direktoru Nurlan Abdullayevə, eləcə də Peşə Təhsili üzrə Dövlət Agentliyinə keçmiş məcburi koçkünlərin peşə təhsilinə göstərdiyi dəstəyə görə təşəkkürümüzü bildiririk. Sevindirici haldır ki, peşə təhsili alan keçmiş məcburi koçkünlərin iş ilə təminatında ciddi uğurlar əldə edilib. Bu isə sözügedən bölgəmizdə məşğulluğun təminatına xüsusi töhfədir”.

vuqar b. kurdemir

vuqar b.kurdemir

JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!