Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2026 / 15:40

Deputat seçiciləri ilə görüşdü – HORADİZDƏ

Milli Məclisin deputatı Vüqar Bayramov Füzuli rayonundan olan seçiciləri ilə görüşüb.
Bu barədə deputat özü sosial şəbəkə hesabında məlumat verib.
“Növbəti görüşümüz Füzuli rayon Horadiz şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. Görüş zamanı 30-dan çox seçicimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik.
Həmyerlilərimizin müraciətləri əlillik dərəcəsinin alınması, məşğulluq, iş yerini dəyişmək, mənzil təminatı, səhiyyə xidməti, mənzil təminatı, sığorta, sosial təminat və digər mövzularda idi.
Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.
Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər”, – deyə Vüqar Bayramov qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!