20 Avqust 2026 / 16:16

Deputat seçicilərini Bakıda qəbul etdi – ən çox onları narahat edən məsələlər isə…

Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bir qrup seçicisi ilə görüşüb.
Bu barədə o öz sosial media hesabında məlumat verib.
“Növbəti görüşümüz Bakı şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. Görüş zamanı vətəndaşımızın qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik.
Müraciətlər mənzil təminatı, pensiya təyinatı, əlillik dərəcəsinin alınması, səhiyyə xidməti, kredit borcu, sosial təminat və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərəcəyik.
Növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər”,-deyə o qeyd edib.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!