Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyun 2026 / 17:25

Deputatın evindən 27 kq qızıl və 57 milyon dollar çıxıb!

Hərbi ekspert Ədalət Verdiyev yazır: “İraq parlamentinin İran tərəfindən maliyyələşdirilən “Əzm” koalisiyasından olan deputatı Hind əl-Abbasi, koalisiyanın lideri Müsənna əs-Samərrai və daha 15 nəfərlə birlikdə böyük maliyyə korrupsiyası ittihamı ilə saxlanılıb. İran rejiminin rəhbərlərinin portreti asılan onun evində aparılan axtarış zamanı 57 milyon ABŞ dolları nağd pul və 27 kiloqram xalis qızıl aşkar edilib. Qonşuluğunda İran və ya Rusiya varsa, demokratik seçki parlamentdə kənar ölkələrə xidmət edən insanların təmsil olunması ehtimalı daim yüksək olur.
Başqa ölkə rəhbərlərinə sitayiş edən şəxslər daim diqqət mərkəzində olmalıdır…”.
Bizdə isə hamı düşüb 8-10 min maaş alan deputatların üstünə… Deputat belə olar eyy: qurdalayanda altından, yəni evindən milyonlarla dollar, qızıl çıxır!
A.Məmmədli

n

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!