Əsas məzmuna keç

DİN-İN MƏTBUAT XİDMƏTİ ELŞAD HACIYEVƏ HƏVALƏ EDİLDİ

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

Tezadlar.az bildirir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. O, artıq bu vəzifənin icrasına başlayıb.

DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov dünən xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. E.Hacıyev isə nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi idi.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…