Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
Bu barədə Tezadlar.az DİM-dən məlumat verir.
Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 4 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə ən çox 95, esse üzrə isə 5 bal toplaya bilərlər.
İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra imkan yaradılacaq.