Əsas məzmuna keç

DNF MAY AYINDA ÖTƏN İLİN EYNİ AYINDAN 2 DƏFƏ ÇOX DOLLAR SATIB…

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən bu ilin may ayı ərzində 558,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

TEZADLAR.AZ Fonda istinadən xəbər verir ki, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə valyuta satışının həcmi 2 dəfə və ya 281,4 milyon dollar artıb.

Cari ilin aprel ayı ilə müqayisədə isə mayda satışların həcmində 10,4 faiz və ya 64,8 milyon dollar azalma qeydə alınıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…