Bu gün “Təzadlar” qəzetinin və eyni adlı xəbər portalının baş redaktoru Asif Mərzilinin doğum günüdür.
Doğum günü münasibətilə hörmətli Asif müəllimə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram.
Çox hörmətli və əziz Asif müəllim, bütün yaxınlarınız kimi, mən də Sizi əlamətdar ad gününüz münasibətilə təbrik edirəm.
Sizə Uca Tanrıdan möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji, sevinc və nur, uğur və qələbələrlə dolu uzun ömür arzulayıram! Tanrı Sizə bu çətin və məsuliyyətli işinizdə sağlamlıq, iradə, güc və səbr versin! Sizin çoxillik fədakar əməyiniz sayəsində “Təzadlar” qəzeti bu gün də öz fəaliyyətini davam etdirməkdədir. Bu müqəddəs yolda isə sizin iti qələminiz sizin ən böyük mükafatınızdır. Xalqımıza xidmət etdiyiniz üçün Sizə təşəkkür edirəm. Əməyiniz, qələminiz, əsl vətəndaş mövqeyinizlə hər zaman xalqımıza fayda verirsiniz. Arzu edirəm yazılarınız həmişə uğur və qələbələrdən ibarət olsun.
Peşəkar həyatınızda Sizə daha böyük nailiyyətlər arzulayıram. Siz qazandığınız bütün mükafatlara, medallara layiqsiniz. Çünki Siz həmişə öz fəaliyyətinizdə hər kəs üçün nümunə olmusunuz.
Doğum gününüz mübarək!

Hörmətlə: Nahidə İbrahimova, “Təzadlar”ın oxucusu, yazar, ingilis dili müəlliməsi

