19 Noyabr 2025 / 21:02

Doku və Fodenin forması City-nin qərarını dəyişdi

“Mançester Siti” “Real”ın braziliyalı cinah yarımmüdafiəçisi Vinisiusu transfer etmək fikrindən imtina edib.

Tezadlar.az-ın xarici mediaya istinadla məlumatına görə, “Mançester Siti”nin “Real”ın oyunçusundan imtina etməsinin ilkin səbəbi cinah yarımmüdafiəçiləri Jeremi Doku və Fil Fodenin yaxşı formada olmasıdır.

“Mançester Siti”nin baş məşqçisi hesab edir ki, daha bir cinah oyunçusunun əlavə edilməsi komandanın balansına təsir göstərə bilər. Bundan əlavə, ispan məşqçi Vinisiusun toksikliyini bəyənmir və bu, komanda atmosferinə mənfi təsir göstərə bilər.

Hazırda yalnız “Liverpul” və PSJ oyunçunu izləyir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!