13 Oktyabr 2025 / 19:18

Donald Tramp oktyabrın 17-də Zelenskini Vaşinqtonda qəbul edəcək

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini oktyabrın 17-də Vaşinqtonda qəbul etməyi planlaşdırır.

Tezadlar.az xəbər verir ki, bunu “Financial Times”ın müxbiri Kristofer Miller üç mənbəyə istinadən “Х”da yazıb.

“Planlardan xəbərdar olan üç mənbə bildirib ki, ABŞ Prezidenti Donald Tramp cümə günü Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul etməyi planlaşdırır.

Səfər keçən həftə sonu liderlər arasında baş tutan iki telefon danışığından sonra həyata keçiriləcək. Telefon danışıqları zamanı onlar “Tomahawk” raketlərinin satışını və Rusiya ilə münaqişənin dayandırılması yollarını müzakirə ediblər”, – o yazıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!