Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi hеyəti Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümündə əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qarşısında dərin ehtiramla təzim etmiş, məzarı önünə gül dəstələri düzmüşlər.
Tezadlar.az xəbər verir ki, daha sonra görkəmli оftalmоlоq – alim, akadеmik Zərifə xanım Əliyеvanın xatirəsi еhtiramla anılmışdır.
Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi yad edilərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.







