Dünya ölkələri haqqında nələri bilirik?

Oxunma sayı: 32
  1. Dünyanın ən isti yeri

ABŞ-ın Kaliforniya ştatında yerləşən “Ölüm vadisi” milli parkı planetin ən isti yeridir. Planetimizdə ən yüksək temperatur (56.7 selsi dərəcə) 1913-cü il iyulun 10-da məhz “Ölüm vadisi”ndə qeydə alınıb.

  1. Dünyanın ən soyuq yeri

Antarktidada Polar Yaylasının üst hissəsində temperatur ən aşağı 92.7 ° C-də düşə bilər, bu dərəcədə temperaturun düşməsi 2010-cu ilin avqustunda qeydə alınmışdır.

  1. Ən çox əhalisi olan şəhər

Əhalisinin sayına görə dünyanın ən çox əhalisi Çinin Şanxay şəhərindədir. Onun əhalisinin sayı 24,150,000-dir.

  1. Ən az əhalisi olan şəhəri

Yalnız 842 vətəndaşı olan Vatikan şəhəri də dünyanın ən az əhalisi olan şəhəri və ən kiçik dövlət kimi tanınır.

  1. Dünyanın ən varlı şəhəri

Tokio dünyanın ən varlı şəhərlərinin sıyahısında yer alıb.

  1. Ən yoxsul şəhər

Yoxsul ölkə sayılan Konqo Demokratik Respublikasının Kinşasa şəhəri dünyanın ən yoxsul şəhəri sayılır.

  1. Dünyanın ən yüksək nöqtəsi

Dünyanın ən hündür nöqtəsi Himalay dağlarının Everest zirvəsi hesab edilir. Zirvənin hündürlüyü 8848 metr təşkil edir.

  1. Dünyanın ən dərin nöqtəsi

Dünyanın ən dərin nöqtəsi olan Mariana çökəkliyi, okean səthinin təxminən 11 kilometr dərinliyindədir.

  1. Planetin ən nəm yeri

Planetimizin ən nəm yeri – Hindistanın kəndi Mausinrama sayılır. Buraya hər il 11.900 mm yağış alır. Bu kəndə 1985-ci ildə rekord 25.400 mm yağış düşmüşdür.

  1. Planetin ən quraq yeri

Planetimizin ən quraq yeri – Çilidəki Atakama səhrasıdır.

  1. Planetin ən günəşli yeri

Arizona ştatının Yuma şəhərində günəş gündə ən azı 11 saat ortalama işıq saçır, bu da ildə təxminən 4015 saat günəş işığı deməkdir.

  1. Dünyanın ən qədim şəhəri

Dünyanın ən qədim şəhərinin tərifi çoxsaylı mübahisələrin yaranmasına səbəb olan bir mövzudur. Suriyanın paytaxtı Dəməşq şəhəri dünyanın ən qədim daimi məskunlaşmış şəhəridir. Şəhərin yaşı təqribi olaraq 4000 ildən 10 000 ilə qədər qiymətləndirilir.

  1. Ən gənc dövlət

Cənubi Sudan 2011-ci ildə müstəqil dövlət olaraq tanındı. Buna görə dünyanın ən gənc dövləti Cənubu Sudan sayılır.

  1. Ən çox ziyarət edilən şəhər

London – beynəlxalq turizm mərkəzinin adını qazanıb. 18 milyondan çox turist hər il 19 milyard dollar məbləğində Britaniya xəzinəsini zənginləşdirir.

  1. Ən məşhur ölkə

BBC-nin sorğusuna əsasən, Almaniya – dünyada 59% müsbət rəy alaraq siyahıda birinci sıradadır.

  1. Dünyanın ən təhlükəli şəhəri

San Pedro Sulada (Honduras) gündə ortalama üç qətl baş verir. Bu şəhərin küçələrində yüksək cinayət dərəcəsi narkotik və silah ticarətinin ən böyük mərkəzi olması ilə bağlıdır.

  1. Ən çox “kofein” qəbul edən xalq

İsveçlilər ən çox kofe qəbul edən millət olaraq tanınır. Sakinləri hər gün 388 mq kafein qebul edir.

  1. Dünyanın velosipeddən ən çox istifadə edilən  şəhəri

Niderlandın Qroninqen şəhərinin sakinləri nəqliyyat vasitəsi kimi ən çox velosipeddən istifadə edir. Əhalinin yarıdan çoxu iki təkərli nəqliyyat vasitəsinə “ən yaxşı nəqliyyat vasitəsi” kimi üstünlük verir.

  1. Ən çox “pişik sevən” ölkə

ABŞ evlərində ev heyvanı kimi yaşayan pişiklərin sayı 76,43 milyona bərabərdir. ABŞ-pişik sevər ölkə kimi liderdir.

  1. Ən firavan ölkə

Dünyanın ən sakit və firavan ölkəsi Norveç hesab edilir.

Hazırladı: RÖVŞANƏ

Xəbəri paylaş

21 Aprel