Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 May 2026 / 15:25

Dünya şöhrətli yazıçısı Jose Saramaqonun vəsiyyəti ilə külü bu zeytun ağacının dibinə səpilib

…Nobel mükafatı laureatı, dünya şöhrətli portəgiz yazıçısı Jose Saramaqo (1922–2010) vəfat etdikdən sonra vəsiyyətinə görə, yandırılaraq külü Lissabon şəhərində, müəllifin adını daşıyan fondun (José Saramago Foundation) qarşısındakı meydanda, yaşı yüzdən yuxarı olan zeytun ağacının altında dəfn olunub. Zeytun ağacının yazıçının doğulduğu Azinhaga kəndindən, torpağın isə ömrünün son illərində yaşadığı Lanzarotedən gətirildiyi söylənilir. Yerdəki ağ lövhədə onun “Monastr xatirələri” romanının son cümləsindən götürülmüş “Mas não subiu para as estrelas se à terra pertencia” (“Ancaq o, ulduzlara qalxmadı, çünki yerə məxsus idi”) sözləri yazılıb.
Hazırda muzeyə çevrilmiş Jose Saramaqo Fondu yazıçının məşhur “Korluq” romanın motivləri əsasında dizayn edilib.
(Portuqaliya gündəliyindən).
Vaqif Sultanlı,
Tədqiqatçı alim
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!