Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, hələ 6 yaşında ikən “Vogue Enfants” jurnalının üz qabığına çəkilərək “dünyanın ən gözəl qızı” titulu ilə məşhurlaşan fransız model Taylan Blondeau (Thylane Blondeau) şəxsi həyatı ilə yenidən diqqət mərkəzinə düşüb.
Uzunmüddətli münasibət nikah masasına uzanır
Hazırda 24 yaşı olan uğurlu model, uzun müddətdir sevgi münasibətində olduğu fransalı aktyor Benjamin Attal ilə həyatını birləşdirmək qərarına gəlib. Cütlük rəsmi olaraq nişanlandıqlarını və evlilik hazırlıqlarına başladıqlarını elan edib.
78 min manatlıq üzük
Sosial mediada ən çox müzakirə olunan məqamlardan biri isə Blondeau-nun nişan üzüyü olub. Moda dünyasının və izləyicilərin diqqətindən qaçmayan üzüyün qiyməti barədə müxtəlif iddialar yayılıb.
Məlumata görə: Üzüyün təxminən 34.000 funt-sterlinq (təxminən 78.500 AZN) dəyərində olduğu bildirilir.
Taylan Blondeau və Benjamin Attalın romantik paylaşımları qısa müddətdə minlərlə bəyənmə və təbrik rəyləri toplayıb.
Səbinə Bağırova