Dünyanın ən nəhəng amfibiya təyyarəsi istehsal edilib – Çində

Oxunma sayı: 1678

Çinin Mülki Aviasiya Administrasiyası (CAAC) dünyanın ən böyük mülki hidrotəyyarəsi “Kunlun” AG600M-ni sertifikatlaşdırıb.

Tezadlar.az  xəbər verir ki, bu barədə Naked-Science məlumat yayıb.

AVIC Korporasiyası tərəfindən hazırlanmış nəqliyyat vasitəsinin növü təsdiqini almış və rəsmi olaraq istifadəyə verilmişdir.

İki illik sınaqlar zamanı bir neçə AG600M təyyarəsi 2000-dən çox uçuş həyata keçirib, 10000-dən çox parametr üzrə yoxlanılıb və ümumi uçuş vaxtı 3560 saat toplanıb. Bu, Çin aviasiyası üçün rekord göstəricilərdir.

Qeyd edək ki, təyyarənin işlənməsi böyük bir milli layihəyə çevrilmişdi. Onun hazırlanmasında ölkənin 292 müəssisəsi və 16 universiteti iştirak edib.

AG600M dünyanın ən böyük müasir hidrotəyyarəsidir: 4500 kilometrə qədər məsafəyə 12 tona qədər suyu daşımaq qabiliyyətinə malikdir.

Hələ ki, ona çəkilən  ümumi xərc  barədə məlumat verilmir. Yəqin ki, yaxın gələcəkdə bu təyyarənin geniş istehsalı dünyada baş verən irimiqyaslı yanğınlar zamanı, xüsusilə meşə yanğınlarına öz töhvəsini verəcək.

 

JASMİN

Xəbəri paylaş