Hicab mübahisəsi Azərbaycanda dini azadlıq, dünyəvi təhsil və ictimai təhlükəsizlik məsələlərini gündəmə gətirib. Son günlər məktəblərdə hicablı şagirdlərin və müəllimlərin dərsə buraxılmaması ilə bağlı yayılan məlumatlar, valideynlərin və şagirdlərin etirazları, eləcə də sosial şəbəkələrdəki müzakirələr cəmiyyətdə fikir ayrılıqlarına səbəb olub. Oktyabrın 12-də yayılan məlumatlara görə, məktəbli geyimi qaydalarının tətbiqi ilə bağlı hadisələrə görə saxlanılanlar da olub. Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, bəzi şəxslərin təhsil müəssisələrində münaqişə yaratması və onların fəaliyyətinə mane olması ilə əlaqədar cinayət işi başlanıb.
Bəs hicab məsələsi ətrafında yaranan gərginliyin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Dini mövzuların siyasi qarşıdurma vasitəsinə çevrilməsi təhlükəsi varmı? İran və ya digər xarici qüvvələrin bu proseslərə müdaxiləsi ilə bağlı iddialar hansı faktlarla yoxlanıla bilər? Dövlətin dünyəvilik prinsipini qoruması və vətəndaşların dini hüquqlarını təmin etməsi arasında tarazlıq necə yaradılmalıdır?
Mövzu ilə bağlı Tezadlar.az-ın suallarını cavablandıran politoloq Elşən Manafov bildirib:
“Azərbaycan hakimiyyətinin ümumtəhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi barədə qərarı dünyəvi təhsil sisteminin dayanıqlığını, təhsildə sosial bərabərliyi təmin etmək, təhsilin tədris göstəricilərinin yüksəlişinə təkan vermək zərurətindən irəli gəlmişdir”.
Politoloqun fikrincə, qərarın hüquqvericilik konteksində mahiyyətinə varmadan Türkiyə mediasında, habelə ölkənin sosial şəbəkələrində qərəzli və konyuktur şəkildə başlanan müzakirələr, yazılan şərhlər, edilən çıxışlar göstərir ki, başlanan kompaniyada gerçək məqsəd insanların vətəndaş hüquqlarının, dini inanclarının qorunması deyil, əksinə ölkə gündəminə yad təsirlərin, yabancı ideologiyaların nüfuzunun güclənməsinə şərait yaratmaq, ölkəni təxribatlar məngənəsinə sürükləmək istəyidir.
Elşən Manafov qeyd edib ki, məktəbli forması ilə bağlı məsələni hicabla əlaqələndirməyə çalışan dairələr hökumətin məlum qərarının ictimai maraqların ziddinə olduğunu, cəmiyyətdə qarşıdurma yaratdığını, onu parçaladığını, insanların dini inanclarını aşağıladığını, tolerantlıq prinsiplərinin lehinə olmadığını iddia edir.
Siyasətçi əlavə edib ki, onlar əslində, cəmiyyətdə dini radikalizmin güclənməsinə səbəb ola biləcək mövqe sərgiləyirlər. Rəsmi Bakı islamın milli-mənəvi əxlaqı dəyərlərimizin inkişafında, cəmiyyətin azərbaycançılığın məfkurə dəyərləri ətrafında bir araya gəlməsindəki rolunu yüksək qiymətləndirərək, hökumətin məlum qərarının islam, onun fəlsəfəsi, dünyagörüşü və atributları əleyhinə olmadığını bildirir.
“Cəmiyyətdə dini radikalizmin qızışdırılmasına qarşı isə güc stukturlarının iştirakı ilə mübarizəylə yanaşı, maarifçilik təbliğatı da aparılmalı, təhsil, onun dünyəvi dövlət modelinin gerçək mahiyyətinin nədən ibarət olması, vətəndaşlara təbliğat vasitələrinin dəstəyi ilə anlaşıqlı şəkildə çatdırılmalıdır”, — deyə politoloq sonda vurğulayıb.
Dəniz Pənahova