Əsas məzmuna keç

DXR-in cənubunda Ukrayna qoşunları ilə “Leopard” tankı məhv edilib

Burlatskoye kəndi yaxınlığında Almaniyanın “Leopard” tankı və Ukrayna Silahlı Qüvvələrinin desant dəstəsi məhv edilib.

Tezadlar.az xəbər verir ki, təhlükəsizlik qüvvələrinin verdiyi məlumata görə, əhalinin məskunlaşdığı ərazidə Rusiya mövqelərinə növbəti əks-hücum cəhdi zamanı texnika məhv edilib.

“Burlatskoye ərazisində pilotsuz uçan aparatlarımız artilleriya dəstəyi ilə düşmənin “Leopard”ını desant dəstəsi ilə birlikdə məhv ediblər. Daha bir əks-hücum cəhdi beləcə başa çatıb”, – təhlükəsizlik qüvvələri məlumat yayıb.

Martın 1-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, “Şərq” hərbi qrupunun bölmələri fəal hücum hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Skudnoe və Burlatskoe yaşayış məntəqələrini azad edib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…