Sosial şəbəkələrdə əcbnəbilərin Azərbaycanın fauna və florasında at oynatdığı barədə dəfələrlə diqqəti çəkən məlumatlar paylaşılmaqdadır. Ərəb ovçuların “Qırmızı kitb”a düşən çöl quşlarımızla ov ovlayıb-quş quşlaması isə adi hala çevrilib. Bu da son narahatlıq dolu xəbər: “…Yerli sakinlərdən aldığımız məlumata görə Şirvan şəhərində yerləşən “Təbəssüm” Otelində əcnəbi ovçuların bir qismi hələ də qalır və maşınlarla hər gün əraziyə (Mil düzü – Biləsuvar/Sabirabad) çıxırlar. Hoteldə onların işlərini görən “Səyid” adlı Suriya vətəndaşıdır, bəzgəkləri tutub şeyxə satan da odur. O da qeyd olunub ki, soruşanda nə edirlər burda “Pulumuz var edirik, şeyx xüsusi qonaqdır” cavabı verilib. Çox gözəl, axı biz qonaqpərvər xalqıq! Yenə deyirik, ya bəzgək ovunu qanuni edin bilək ki, qonaqlar rəsmi ovdadır (Mil düzündə ovçuluq təsərrüfatı yoxdur!). Ya da ki, yuxarı şəxslərin adından istifadə edərək özlərini müdafiə edən bu xarici ovçulara niyə imtiyaz verildiyi açıqlansın…”.
İnanırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi Departamenti bu məsələyə aydınlıq gətirəcək.
A.Məmmədli