Əsas məzmuna keç

Əfsanəvi Zinəddin Zidan məşqçiliyə qayıdır

Əfsanəvi Zinəddin Zidan çalışdırmaq istədiyi komandanın adını açıqlayıb:

“Əlbəttə, baş məşqçiliyə qayıdacağam; planım budur. Arzum bir gün Fransa millisinin baş məşqçisi olmaqdır”, – Tezadlar.az-ın xəbərinə görə, fransalı bildirib.

Fransa millisinin hazırkı baş məşqçisi 2012-ci ildən komandaya rəhbərlik edən Didye Deşamdır. Deşamın rəhbərliyi altında Fransa millisi dünya çempionatının qalibi olub, müvafiq olaraq Portuqaliya və Argentinaya uduzaraq həm Avropa, həm də Dünya çempionatının final mərhələsinə yüksəlib.

Zinəddin Zidan karyerası ərzində yalnız “Real”ı çalışdırıb və onunla ardıcıl üç Çempionlar Liqası titulunu qazanıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…