26 Yanvar 2026 / 11:34

“Əhali dərman və yanacağın yüksək qiymətlərindən narahatdır”

…Bakı küçələrində ərzaq dükanlarından daha çox bəzən apteklərə rast gəlmək mümkündür… Həmişə də bir sual yaranır: bu qədər apreklərin olması lazımdırmı? Yaxud, bu apteklərin qazancı ərzaq dükanlarından daha çoxdurmu???

***

Keçək qonşumuz Gürcüstana: “Əhalinin geniş təbəqəsi dərmanların və yanacağın yüksək qiymətlərindən narahatdır”. Tezadlar.az xatırladır ki, bu barədə Baş nazir İrakli Kobaxidze “İmedi” televiziyasının efirində bildirib. Hökumət başçısının sözlərinə görə, hazırda ərzaq qiymətləri ilə bağlı mövcud olan hökumət koordinasiya komissiyası dərman və yanacaq üzərində də işləyəcək: “Əhalinin geniş təbəqəsini, təbii ki, dərmanların yüksək qiymətləri də narahat edir və bu məsələnin spesifikası çox oxşardır. Burada da idxal, distribusiya və daha sonra aptek şəbəkələri mövcuddur. Məsələlərin mahiyyətcə oxşar olmasını nəzərə alaraq, eyni yanaşma yanacaq sahəsinə də aiddir. Buna görə də bütün bu məsələləri birləşdirməyə qərar verdik. Nəticə etibarilə, bunların hamısı əhalimizin böyük əksəriyyətinin, demək olar ki, bütün vətəndaşların istifadə etdiyi ilkin istehlak məhsullarıdır. Məsələlərin ciddiliyini və qarşılıqlı əlaqəsini nəzərə alaraq, komissiyanın fəaliyyəti çərçivəsində hər üç mövzunu əhatə etməyə qərar verdik”.

Bütün hallarda, Azərbaycanda da dərmanların bahalığı və daha çox istifadəliliyi araşdırılmalıdır… İnsanlar bəzən ərzaqa vermədiyi pulu dərmana verir. Niyə? Niyə son 20-30 ildə xəstəliklərin coğrafiyası bu qədər genişlənib?

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!