29 İyun 2026 / 09:36

Elektron Məhkəmə Sistemi “paralic” keçirib- TANINMIŞ VƏKİLDƏN ƏSƏBİ AÇIQLAMA

Bir müddətdir ki, Azərbaycanda Elektron Məhkəmə Sistemində yaşanan texniki problemlərdən yazılır, deyilir, lakin nə sirdirsə, qüsur aradan qaldırılmır. Bəs nə baş verir? Tezadlar.az xatırladır ki, tanınmış vəkil Əkrəm Həsənov bu barədə əsəbi status paylaşaraq sistemdəki bəlli problem və qarışıqlığın aradan qaldırılmasını aidiyyəti qurumların diqqətinə çatdırıb. Sitat: “…2 gündür ki, Elektron Məhkəmə Sisteminə nə ASAN imza ilə, nə də SİMA ilə sənəd göndərə bilmirəm. Daha doğrusu, sənəd guya göndərilir, amma Sistemdə görünmür. Beləliklə, artıq 3 aydır ki, xalqımız, xüsusilə hüquq ictimaiyyətimiz Elektron Məhkəmə Sisteminin işləməməsinə dözür. Onadək normal işləyirdi, amma kiməsə naməlum səbəbdən Sistemi dəyişərək buna əlavə pul xərcləmək lazım oldu və Sistem çökdü… Təklif edirəm ki, Elektron Məhkəmə Sistemi əvvəlki versiyasına qaytarılsın. Bunun üçün büdcədə artıq pul yoxdur? Özümüz maliyyələşdirək. Yəni Sistem pullu olsun. Haqqımızı verək, ədalətimizi alaq, olsun elektron haqq-ədalət. Bununla da məhkəmə sistemimiz tam şəffaf və səmimi olar…”.
Sitatın sonu.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!