…Bakı- Qazax avtomagistralın Ələt qəsəbəsindən keçən hissəsində yolun hər iki istiqamətində körpə dovşanları qulağından yapışıb yellədərək işgəncə verınləri hər gün hamı görür və susur. Azərbaycanda N qədər QHT var ki, guya heyvan hüquqlarını müdafiə edirlər və dövlət büdcəsindən pul silməklə məşğuldurlar. Lakin adı çəkilən ərazidə körpə dovşanlara qulağından tutub işgəncə verərək satmaq istəyən cavan oğlanları hər gün on minlərlə adam görür. Bəs niyə hamı susur? Bu magistral yoldan isə təkcə sıravi vətəndaşlar və ya sərnişinlər keçmir, həm də təbiətimizə, heyvan aləmimizə cavabdehlər də bu ərazidən susqunluqla keçib gedirlər. Bu da heç. Axı bu yoldan xarici qonaqlar, turistlər, rəsmilərş qeyri- rəsmilər də keçib gedir. Bu dəfə mən də bu yoldan keçdim. Amma cavan- pezəvək oğlanların əlində çırpınaraq xilas olmaq istəyən körpə dovşanların yoldan keçənlərdən imdad diləməsi isə ürək ağrıdıcıdır. Və maşını saxlayıb dovşan satanı çağırdım. Əlimdə fotokameranı görən kimi dovşan kimi qaçıb aradan çıxdı. Digərinə yaxınlaşdım. Belə bir dialoqumuz alındı:
– Dovşan neçəyədir?
– 20 manat…
-Bəs qulağından niyə tuyub yelləyirsən? Görmürsən çırpınır, qutuya qoyaraq sat də…
-Qulağından tutanda hamı bilir ki, xəstə deyil, atılıb düşür…
-Sənin qulağından elə tutub sallasalar, necə olarsan???
Oğlan hu sözü eşidən kimi aradan çıxdı…
XXX
Sözüm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi Təbiəti Mühafizə İdarəsinin və Qaradağ rayon Polis İdarəsinin ərazi polis bölməsinin rəhbərliyinədir: bu körpə heyvanlara zülm verənləri nəzarətə götürün… Biz demirik ki, dovşan satmaq cinayətdir! Biz deyirik ki, körpə dovşanlara istimaiyyətin gözü qarşısında, körpə uşaqlarımız görə- görə zülm və əzab vermək cinayətdir!
A.Məmmədli