26 Fevral 2026 / 11:32

Elza İbrahimovanın qadağa qoyduğu Elnur Məmmədov bəstəkardan belə acıq çıxıb…

“Bəzi sənət dostlarımız var ki, onların mahnısını oxuyanda elə bil söyürsən. Bilmirəm bu, özünə inanmsızlıqdan, yoxsa nədən irəli gəlir”.

Tezadlar.az  xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov “Söhbət var” verilişində deyib. İfaçı mərhum Xalq artisti Elza İbrahimovanın ona qoyduğu mahnı yasağından danışıb:

“Mənə indiyənə qədər travma verən məqam var. Ağacəbrayıl Abasəliyev məsləhət verdi ki, “Gecələr bulaq başı” mahnısını oxuyum. Yeni aranjimanda oxudum. Zəng gəldi ki, siz niyə mənim mahnımı icazəsiz oxumusunuz və dəyişmisiniz? Dedi ki, Elza İbrahimovadır danışan. Mən onu xalq mahnısı bilib oxumuşam. Könül qırmaq böyük günahdır. İndiyənə qədər də ürəyimdə qalan xaldır. Dedim ki, üzr istəyirəm, hər yerdən sildirəcəyəm. Radiolara, hər yerə zəng vurdum ki, yayımlanmasın. Onun acığına “Helvacı”nı oxudum.

Sonra eşitdim ki, ermənilər albom çıxarıb, 15 mahnı Elza İbrahimovanın bəstəsidir. Pis oldum, dedim zəng vurub deyir niyə oxudun? Acığa dedim ki, hər yerdə mahnı getsin. Necə mən hansısa gənci özümə nifrət etdirim? Mahnımı kim istəyir oxuya bilər, yalnız bəstəkardan icazə alsın”.

Qeyd edək ki, “Gecələr bulaq başı”mahnısının sözləri Xalq şairi Bəxtiyar Vahabzadəyə məxsusdur və onu zamanında bir çox sənətkarlar bəstəkarın bəstələdiyi kimi oxuyub, həm də çox sevilib. İlk ifaçısı böyük sənətkar – Xalq artisti Flora Kərimova olub: Hüseynağa Hadıyev,  Nəsibə Abdullayeva, sonralarTeymur Əmrah, Elton Hüseynəliyev və digərləri. Bəli, elə mahnılar var ki, onlar orijinalında sevilmiş olur və belə bəstələrə doğrudan da toxunmaq, yeni nəfəs vermək adı ilə aranjman edərək korlamaq olmaz. Çünki belə mahnılara öz möhürünü vurmuş və sevdirmiş sənətkarlar olub və bəstəkar da ona ruhunu verərək hiss etdiyi kimi bəstələyib.

Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!