Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupunun növbəti iclası keçirilib.
Tezadlar.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, iclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev və işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.
İclasda İşçi qrupun Fəaliyyət Planına daxil olan İqtisadi Azadlıq İndeksi və Qlobal İstedad Rəqabətliliyi İndeksinin yekun nəşrlərinə dair təqdimatlar edilib. Həmin indekslər üzrə əmək bazarı ilə bağlı indikatorlar və ölkənin göstəriciləri barədə məlumat verilib.
Görüşdə əmək bazarının inkişaf etdirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının artırılması və məşğulluq imkanlarının daha da genişləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.