Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Verilişə qonaq gələn Əməkdar artist Ruhəngiz Musəvi müğənni İzzət Bağırovun ünvanına qalmaqallı sözlər deyib.
Tezadlar.az xəbər verir ki, “Günə uğurla” verilişinə gələn müğənni İzzətin heç bir mahnısının yaddaqalan olmadığını, özünün isə brend olduğunu vurğulayıb.
“İllər əvvəl Qorxmaz Əlilicanzadə məndən xahiş etdi ki, İzzətə dörd mahnı üçün dəstək ol. İzzəti Qorxmaz çıxardıb. Mahnılar rok, lirika idi. Elə studiyada öyrəndim. Ruhəngiz Musəvi özü də, mahnıları da hitdir. Tarixdə mənim adım yazılıb. Mən nə oxumuşam hamısı hitdir. İzzətin də öz sevənləri var, mahnısına hit demək olmaz. Oxuyur da… Onun çox mahnısı yoxdur. Mərifətli, yaxşı oxuyandır. Amma hit təzə çıxıb. Bu gün Ruhəngiz Musəvi aktualdır. Kimlə kimi müqayisə edirsiniz? 52 ildir sənətdəyəm. Gözütox insanam. Mən dünyanı gəzmişəm. Mən brendəm”, – deyə Ruhəngiz Musəvi özünü öyüb.
Belə görünür ki, iki müğənni arasında daha bir “soyuq müharibənin” təməli qoyulub… Eşitdiklərinə İzzət Bağırovun necə münasibət bildirəcəyi isə qarşıdakı günlərdə bəlli olacaq…