Artıq dəqiqləşdirildi ki, Əməkdar artist Yadigar Muradovla vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.
Bu barədə mediaya onun oğlu Yaşar Muradov məlumat verib. O bildirib ki, Yadigar Muradovla vida mərasimi bu gün saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacaq. Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.
Allah rəhmət eləsin! ANC-in arxivində onun gözəl ifaları durur və həmişə də xatırlanacaq!
A.Məmmədli
Əməkdar artist Yadigar Muradov Badamdar məzarlığında dəfn olunacaq






