Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmən oğlu Mərkəzi Neftçilər Xəstəxanasına direktor təyin edilib.
Tezadlar.az xəbər verir ki, Z.Xəlilov 1997-1998-ci illərdə Akad. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində internaturanı tamamladıqdan sonra, 1999-2002-ci illərdə cərrahiyyə ixtisası üzrə aspiranturanı tamamlayıb. 2002-ci ildən Mərkəzi Klinik Xəstəxanada ümumi cərrah olaraq başlayıb.
Beləliklə, onun gəldiyi yola nəzər salaq:
Xəlilov Zaur Bəhmən oğlu – ümumi cərrah, tibb elmlər namizədi, MKX Cərrahiyyə Mərkəzinin müdiri.
1991-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsində təhsil alıb.
1997-1998-ci illərdə Akademik M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində ümumi cərrahiyyə üzrə İnternatura keçib, 1999-2002-ci illərdə Akademik M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində eyni ixtisas üzrə aspiranturada təhsil alıb və cərrah fəaliyyəti göstərmişdir.
2002-ci ildən MKX Cərrahiyyə Mərkəzində işləyir.
2003-cü ildə Türkiyənin Bursa şəhərində Uludağ Universitetində travma cərrahiyyəsi üzrə professional təlimlərdə iştirak edib.
Azərbaycan Cərrahlar Cəmiyyətinin üzvüdür.
2009-2010-cu illərdə Vyana Tibb Universitetində (Avstriya) ümumi, laparoskopik və orqan nəqli üzrə Fellowship təhsil proqramı keçmişdir.
2015-ci ildə Rusiya Federasiyası Moskva Kliniki Elmi Mərkəzində “Onkologiya” üzrə ixtisas hazırlığı təhsili almışdır.
2015-ci ildən hal-hazıra kimi Akademik M. Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində “Cərrahiyyə” ixtisası üzrə doktoranturada təhsil alır.
Zaur Xəlilovun keçdiyi kurslar:
2011 – Salzburq, Avstriya – Travma və Təxirəsalınmaz Cərrahiyyə
2013 – Ankara, Türkiyə – Gülhane hərbi tibb Akademiyası – Laparoskopik Kolorektal Cərrahiyyə kursu
2013 – Akdeniz Universiteti, Antalya, Türkiyə – Orqan Transplantasiyası kursu
2014 – İRCAD, Strasburq, Fransa – Bariatrik və Metabolik Cərrahiyyə kursu
2015 – Moskva Kliniki Elmi Mərkəz, Russiya – Laparoskopik Kolorektal Cərrahiyyə kursu
2017 – Salzburq, Avstriya – Travma və Təxirəsalınmaz Cərrahiyyə.
2010-2012-ci illərdə Ümumi cərrahiyyə şöbəsinin müdiri, 2012-ci ildən hazırkı təyinatınadək Cərrahiyyə üzrə baş həkim müavini vəzifəsində çalışıb.
Zaur Xəlilov ölkəmizdə orqan transplantasiyası (qaraciyər, böyrək və s.) əməliyyatını icra edən azsaylı mütəxəssislərdən biridir. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2022-ci ildə “Əməkdar həkim” adı ilə təltif edilib.