Əsas məzmuna keç

Ən çox sevilən qadın adı

Dünyada ən çox sevilən qadın adı açıqlanıb.

Tezadlar.az  xəbər verir ki, sən demə, bu, “Sofiya” adıdır. Aparılan araşdırma zamanı müxtəlif ölkələrdə ən çox bəyənilən və ən melodik səslənən qadın adları müəyyən edilib. Nəticədə “Sofiya” adı siyahıda birinci yeri tutub. İkinci sırada “Zoi”, üçüncü yerdə isə “Rozi” adı yer alıb.

Mütəxəssislərin fikrincə, bu adın populyarlığı onun bir çox dillərdə eyni dərəcədə xoş səslənməsi və asan tələffüz olunması ilə bağlıdır. Bundan başqa, adın mənası da diqqət çəkir. Belə ki, “Sofiya” qədim yunan dilindən tərcümədə “müdriklik” anlamını verir.

Araşdırmada bildirilib ki, son illərdə bu ad dünyanın bir çox ölkəsində yeni doğulan qız uşaqlarına ən çox qoyulan adlardan biridir.

 

axşam

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…