Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ekspertlər 200 min kilometrdən çox yürüşə baxmayaraq, daha uzun müddət problemsiz xidmət göstərə bilən işlənmiş avtomobillərin reytinqini hazırlayıblar.
Tezadlar.az xəbər verir ki, 6300 manatadək qədər olan seqmentdə “Chevrolet Lanos” və “Daewoo Nexia” lider seçilib. Ekspertlər bu modellərin sadə çuqun mühərrikləri və etibarlı mexaniki sürətlər qutusu ilə seçildiyini bildiriblər.
8500-12 min manat büdcəsi olanlar üçün ən yaxşı seçim “Renault Logan” hesab edilib. Bununla yanaşı, zəncirli mühərriki və daha komfortlu salonu ilə “Chevrolet Cobalt” modelinə də diqqət yetirmək tövsiyə olunub.
14-21 min manat qiymət aralığında mütəxəssislər “Kia Rio” və “Hyundai Solaris” modellərinə üstünlük veriblər. Bununla belə, mühərrikində problem yaşanan bəzi versiyalardan uzaq durmağı məsləhət görüblər. Alternativ olaraq atmosfer mühərrikli və mexaniki yaxud klassik avtomatik sürətlər qutusu ilə təchiz edilən “Ford Focus” və “Opel Astra H” modelləri də tövsiyə edilib.
21-33 min manat büdcəsi olanlar üçün ən etibarlı seçim “Toyota Camry” XV40 və XV50 nəsilləri hesab olunub.
33 min maantdan yuxarı qiymətə satılan premium avtomobillər arasında isə ekspertlər “Lexus IS” modelini önə çəkiblər. Bildirilib ki, bu avtomobilin V6 mühərriki düzgün qulluq göstərildiyi halda 350 min kilometrdən artıq yürüşə problemsiz tab gətirə bilir.
Qeyd olunur ki, işlənmiş avtomobil seçərkən əsas meyar konkret avtomobilin texniki vəziyyəti və servis tarixçəsi olmalıdır.