10 May 2026 / 18:42

Ərdoğan TDT-nın qeyri-rəsmi zirvə görüşündən öncə Astanaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana dövlət səfəri edəcək. Dövlət başçıları bir neçə tədbirdə iştirak edəcəklər.

Tezadlar.az  Akorda-ya istinadən xəbər verir ki, 13-14 may tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya dövlət səfəri edəcək.

Dövlət başçıları ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəklər.

Prezidentlər, həmçinin Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasını keçirəcəklər.

Xatırladaq ki, 15 mayda Türküstanda Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin qeyri-rəsmi zirvə görüşü keçiriləcək.

Zirvə toplantısının mövzusu “Süni intellekt və rəqəmsal inkişaf”dır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!