13 İyun 2026 / 20:07

Ərdoğandan meqa layihə: Türkiyə süni intellektə 10 milyard dollar ayırır

Türkiyədə süni intellekt (Sİ) layihələrinin həyata keçirilməsi üçün ən azı 10 milyard dollar özəl vəsait ayrılacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Respublika Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Ərdoğan İstanbulda süni intellekt fəaliyyət planının elan edilməsi mərasimində bildirib ki, “Türkiyə müdafiə sənayesində toplanmış təcrübə və imkanlarını digər sahələrə, xüsusən də süni intellekt sahəsinə ötürmək üçün intensiv səylər göstərir. Məlumat mərkəzi infrastrukturunun, bulud texnologiyalarının və süni intellektin inkişafı üçün ən azı 10 milyard dollar özəl investisiya səfərbər edəcəyik. Dövlət investisiya proqramlarımızın ən azı 2%-ni süni intellekt layihələrinə ayıracağıq. 2030-cu ilə qədər ölkəmizdə quraşdırılmış məlumat mərkəzinin tutumunu ən azı 1 QVt-a çatdıracağıq”.

Onun sözlərinə görə, Türkiyə 10.000 süni intellekt mütəxəssisi və təxminən 100.000 süni intellekt tətbiqi mütəxəssisi yetişdirməyi planlaşdırır.

Türkiyə lideri qeyd edib ki, “Biz OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı – TASS), G20, BMT və digər beynəlxalq platformalarda insan mərkəzli süni intellekt standartlarının hazırlanmasında fəal rol oynayacağıq. Ümid edirəm ki, birlikdə Türkiyəni süni intellekt dövründə aparıcı ölkəyə çevirəcəyik”.

Türkiyə süni intellektdən dövlət idarəçiliyi, müdafiə və biznes sahələrində fəal şəkildə istifadə edir və danışıq neyron şəbəkələrinin istifadəsində dünya liderlərindən biri hesab olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!