Əsas məzmuna keç

ERMƏNİSTANA İTTİFAQ DÖVLƏTİNƏ QOŞULMAQ TƏKLİFİ EDİLMƏYİB

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan Rusiya Federasiyasından İttifaq dövlətinə qoşulmaq barədə rəsmi təklif almayıb.

O, bu barədə çərşənbə axşamı mətbuat konfransı zamanı bildirib.

“Ermənistan Rusiya Federasiyasından İttifaq dövlətinə daxil olmaq üçün rəsmən təklif almayıb. Belə bir təklif ola bilməzdi. Ancaq vəziyyət göründüyü qədər aydın deyil. Amma demək istəyirəm ki, müstəqillik Ermənistan üçün mütləq dəyərdir və bizim vəzifəmiz bunu təmin etməkdir”, – Paşinyan bildirib.

K.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…