Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Ermənilər indi sosial platformalarda yana-yana yazırlar ki, Qarabağ üçün burnumuzun ucu göynəyir və s. Cavablarını tezadlar.az olaraq lazımınca və elə erməni dilində də veririk… Şəkildə təsvir edilən bu erməni sarsax isə bir şəkil paylaşıb. Məlum olur ki, bir sürü erməni də İrandan 1857-ci ildə Qarabağa köçüb gəlib!
Əla, özləri təsdiqləyir ki, Qarabağa-Azərbaycana köçüb gəliblər. Bəs bu nə həyasızlıqdır ki, uzun illər Qarabağı özlərininki hesab edirdilər, hələ bir sarsax düşüncə məhsulu olan “Arsax” adlı kukla dövlət də qurmaq istəyirdilər. Tarix isə ortadadır: XIX əsrin əvvəlində Qarabağ xanı İbrahimxəlil Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayır… Hansı ki, bu müqavilədə Qarabağ xanlığının tərkibində erməni əhalisi barədə bircə kəlmə də deyilmir.
Bu o deməkdir ki, ermənilərin Qarabağa kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə, Rusiya-İran müharibəsindən sonra başlanıb, bir hissə də Türkiyədən… Bu mənfur köç sonrakı illərdə də rusların əli ilə davam edib… Şəkildəki erməni abidəsi isə 1857-ci ildə Qarabağa köçənlərin tarixini bildirir.
İndi qoy elə ermənilər özləri bu şəklə baxıb nəticə çıxarsınlar… Çıxara bilsələr…
A.Məmmədli