…2017-ci ildə Əli Həsənovun qılıncının bütün tərəfləri kəsəndə jurnalistlər üçün tikilən 2-ci binanın bölüşdülürməsi məsələsi gündəmdə idi. Birinci binanı o qədər biabırçı, haqsız, əclafcasına bölmüşdülər ki, ikinci binanın da belə bölüşdürüləcəyi istisna deyildi.
O zaman məhz evlərin ədalətli bölüşdürülməsi üçün bir məqalə yazmışdım. Məqalədə konkret olaraq mənzillərin jurnalistlər arasında bölünməsinin Əli Həsənov tərəfindən deyil, Mehriban xanım Əliyevanın nəzarəti altında aparılmasını qeyd etmişdim. Məqaləmdə açıq göstərmişdim ki, bu gedişlə ikinci bina da biabırçı şəkildə, haqsızlıqla bölünəcək. Bu media baronların, Həsənovların, Mehdiyevlərin çestinə dəymişdi və məni cəzalandırmaq qərarı vermişdilər.
O zaman Azərbaycan mətbuatına Ramiz Mehdiyevin sadiq adamı, media baronu olan Əli Həsənov nəzarət edirdi. Bu məqaləmdən sonra qəzəblənən Ramiz Mehdiyev və Əli Həsənov (bü gün utanmadan deyir Ramiz Mehdiyevi tanımıram) Səs qəzetində (saytda) haqqımda yekə bir palaz və tamamilə şər, böhtan dolu, bütün sözü, cümləsi, nöqtəsi vergülünə kimi yalan, zəhər dolu bir məqalə yazdırmışdılar.
O məqaləni kim yazmışdı bilmirəm, Allah bir gün onun da bəlasını verəcək, bəlkə də verib…
Bütün bunlar azmış kimi, həmin məqalə saniyələr içində Qafqazinfo, müsavat, lent,az və diğər saytlarda tirajlanmağa başlandı.
Məqalə o qədər sürətlə tirajlandı ki, bunun sifarişli olub-olmadığını araşdırmağa ehtiyac qalmadı. İndi Ramiz Mehdiyevin həbs xəbərini necə tez yaydılarsa, həmin şər, böhtan dolu məqalə də elə sürətlə yayıldı.
O zaman mən gənələrə haqlı olduğumu ciddi cəhdlə subut edə bilmədim, çünki o zaman bunlar üçün haqlı-haqsız yox idi və istədiklərini məhv edə bilirdilər.
Bu gün baş verənləri ilahi ədalət də hesab etmirəm. Cinayətləri varsa cəzaları da var.
Mənim üçün əsl ilahii ədalət budur ki, zaman-zaman Ramiz Mehdiyevin, Əli Həsənovun əlindən su içən, kişi olan, mənzil (əsl mənzil haqqı olanlara aid deyil) alan adamlar, baş redaktorlar indi onların özünə qarşı yazmaq üçün sıraya düzülüblər. Əsl ilahi ədalət budur, tarix onların kim olduqlarını bir daha özlərinə xatırladır, göstərir, kimliklərini unutdurmur.
Ramiz Mehdiyev nə edib, nə etməyib bunu istintaq müəyyən edəcək. Zatən onun kimliyi hamıya bəllidir.
Vaxt gələcək, o məqaləni yazana da, tirajlayanlara da elə məqalələr həsr olunacaq. Elə bunu öz dostları həsr edəcək… İlahi ədalət onda olacaq!
Ədil ƏLİZADƏ