Estoniya parlamenti Ülle Madiseni ölkənin yeni prezidenti seçib.
Tezadlar.az xəbər verir ki, 51 yaşlı Ü.Madise Estoniya prezidenti vəzifəsində ikinci qadın olub.
Ü.Madise 2015-ci ildən Estoniyanın ədliyyə kansleri vəzifəsini tutur. O, növbəti beş il ərzində prezident vəzifəsini icra edəcək.
Estoniyada prezident parlament – Riyqikoqu tərəfindən seçilir. Ü.Madise seçkilərdə yeganə namizəd olub, çünki potensial rəqiblərdən heç biri öz namizədliyini qeydə aldırmaq üçün deputatların lazımi dəstəyini qazana bilməyib.
Qeyd edək ki, Ülle Madise bu postda Alar Karisi əvəz edir.







