Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp İranın 800 etirazçının planlaşdırılan edamını ləğv etdiyini açıqlayıb. Tezadlar.az xəbər verir ki, Tramp bu barədə “TruthSocial” platformasında yazıb. “Dünən üçün planlaşdırılan bütün edamların (800-dən çox) İran rəhbərliyi tərəfindən ləğv edilməsinə dərin hörmətlə yanaşıram. Təşəkkür edirəm”, – deyə Tramp bildirib. Qeyd edək ki, ötən gün keçirilən müntəzəm mətbuat brifinqində Ağ Evin mətbuat katibi Kerolin Livitt də bu məlumatı təsdiq edib.
Xatırladaq ki, iki gün əvvəl etirazçıları qızışdırıb “Kömək gəlir, yoldadır…”- deyən Tramp idi…
A.Məmmədli