Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Azərbaycanın builki “Eurovision” mahnısı ətrafında müzakirələr səngimək bilmir. Məşhur blogger Aygül Quliyeva (Ayprima) sosial media hesabında paylaşdığı video ilə İctimai Televiziyanın (İTV) seçimini kəskin tənqid edib.
“Mahnı süni intellekt məhsuludur”
Bloggerin iddiasına görə, təmsilçimizin ifa edəcəyi mahnı üzərində aparılan yoxlamalar bəstənin böyük hissəsinin insan əməyi deyil, texnologiya məhsulu olduğunu üzə çıxarıb. Ayprima videoda bu sözləri qeyd edib:
“Eurovision mahnımız 85% süni intellekt çıxıb.”
İctimai Televiziya hədəfdə
Aygül Quliyeva mahnının orijinallıqdan uzaq olduğunu və beynəlxalq müsabiqə üçün yetərli səviyyədə hazırlanmadığını vurğulayaraq, İctimai TV-ni peşəkarlıqdan kənar yanaşmada ittiham edib.
İzləyicilər iki yerə bölünüb
Paylaşımın rəy bölməsində istifadəçilərin fikirləri fərqli olub. Bəzi izləyicilər bloggerin fikirlərini dəstəkləyərək “Düz deyir” şərhlərini yazsalar da, digərləri müasir musiqidə texnologiyadan istifadənin normal olduğunu müdafiə ediblər.
Hələlik məsələ ilə bağlı İctimai Televiziyadan rəsmi bir açıqlama gəlməyib.
Səbinə Bağırova