Səudiyyə Ərəbistanı 50-dən çox insanı əxlaqsızlığa görə həbs edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
“Onlarla əcnəbi masaj salonlarında əxlaqsız hərəkətlərə, qadın və uşaqları küçə dilənçiliyinə məcbur etdiklərinə görə həbs edilib”, – nəşr yazır.
Nəşrin məlumatına görə, saxlanılanlar fahişəlikdə və dilənçilikdə ittiham olunurlar.
Qəzetin yazdığına görə, Səudiyyə Ərəbistanında ictimai əxlaq haqqında qanun 2019-cu ildə qəbul edilib, lakin bu yaxınlarda vəliəhd şahzadə Məhəmməd bin Salmanın əmri ilə ölkədə əxlaqsız hərəkətlərlə mübarizə üçün xüsusi bölmə yaranıb.
2024-cü ilin iyulunda iki rusiyalının Səudiyyə Ərəbistanında qeyri-qanuni Həcc ziyarəti təşkil etdiyinə görə həbsxanaya göndərildiyi bildirilir.
ELBAR