Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əfqanıstanlı Mir Nazir yeddi nəfərdən ibarət ailəsini aclıqdan xilas etmək üçün dörd yaşlı qızını 590 dollara satmalı olub.
“Times” qəzetinin verdiyi xəbərə görə, uşağı övladı olmayan bir mağaza sahibi alıb. Azyaşlı tənha adama işlərində kömək edəcək.
O, qızını satmağın onun üçün ölümə bərabər olduğunu, lakin başqa seçiminin olmadığını da qeyd edib.
Uşağı olmayan mağaza sahibi ondan qızı Safiyə üçün birlikdə yaşaması və dükanında çalışması üçün 20 min əfqan pulu (təxminən 236 dollar) təklif edib. Lakin Nazir uşağını belə aşağı qiymətə satmağa razılaşmayıb.
Nəticədə iş adamı 4 yaşlı Safiyə üçün 50 min əfqan pulu (təxminən 590 dollar) ödəyəcəyini bildirib.
Şakir QURBANOV