Enerji təhlükəsizliyi hazırda görünməmiş miqyasda risklərlə üzləşir.
Tezadlar.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, Nyu-Yorkda “Foreign Policy” jurnalının forumunda çıxış etdiyini bildirib.
“Enerji təhlükəsizliyi bu gün görünməmiş bir sıra risklərlə üz-üzədir. Hörmüz böhranı göstərdi ki, yeni dövr hazırlığa, şaxələndirməyə və dayanıqlılığa daha çox diqqət yetirilməsini tələb edir”, – F. Birol qeyd edib
Qeyd edək ki, bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri Nyu-Yorkda başlayır.







