Fərdi evdə baş verən yanğında 3 nəfər ölüb

Oxunma sayı: 465

Udmurtiyanın Uva kəndində baş verən yanğın nəticəsində 3 nəfər ölüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi martın 30-da öz Telegram kanalında məlumat yayıb.

Kirov küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evi yanıb.

“Təəssüf ki, üç nəfər həlak olub: 20 yaşlı kişi, 18 yaşlı qız və 77 yaşlı qadın”, – Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın sahəsi 150 kvadratmetr olub. Yanğının söndürülməsinə 7 yanğınsöndürən və iki təcili yardım cəlb olunub.

ELBAR

Xəbəri paylaş

22 İyun