Əsas məzmuna keç

FHN-İN AMFİBİYA TİPLİ TƏYYARƏSİ TÜRKİYƏYƏ ÇATIB

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə kömək məqsədilə yola salınmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, təyyarə sabah səhər saatlarından etibarən yanğınların söndürülməsi əməliyyatlarına başlayacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…