Əsas məzmuna keç

FİNLANDİYA XİN REFERENDUMLA BAĞLI RUSİYA SƏFİRİNİ ÇAĞIRIB

Finlandiya Xarici İşlər Nazirliyi Rusiya səfirini DXR, LPR, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumla əlaqədar çağırıb.

Bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Nazirlik qeyd olunan ərazilərdə keçirilən referendumları “ən kəskin şəkildə pislədiyini bildirmək üçün bu gün Rusiya səfirini çağırdığını” bildirib.

Finlandiya Xarici İşlər Nazirliyi referendumları “qondarma” adlandırıb və “BMT Nizamnaməsinin, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması” olduğunu bəyan edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…